...

Azərbaycanda məhkum müəssisə rəhbərliyinin ona qarşı qərəzli münasibətindən Ombudsmana şikayət edib

Cəmiyyət Materials 13 Yanvar 2009 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum müəssisə rəhbərliyinin ona qarşı qərəzli münasibətindən Ombudsmana şikayət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, aparatın əməkdaşları 11 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla görüş zamanı 1 il 6 ay həbs cəzasına məhkum edilmiş Vüsal Şükür oğlu Həsənov müəssisə rəisinin ona qarşı qərəzli münasibətindən şikayətlənib, xəstə ols da, müalicə müəssisəsinə göndərilmədiyini bildirib.

Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məhkum Həsənovun xəstəxanaya göndərilməsi ilə bağlı tövsiyələr verilib.

Müəssisəyə baxış  zamanı Ombudsman nümayəndələri müəssisədəki yataq korpuslarına, cərimə təcridxanalarına, kamera tipli otaqlara, tibbi-sanitar hissəsinə, yeməkxanaya və istehsalat sahəsinə ümumi baxış keçirilib, məhkumların saxlanılma şəraiti, qidalanma rejimi, göstərilən tibbi xidmətlə,   eləcə də problemləri ilə maraqlanıblar.

Görüş zamanı məhkumlar saxlanma şəraitindən narazı olmadıqlarını, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı qeyri-qanuni rəftara yol verilmədiyini söyləyiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti