...

Azərbaycanın Diplomatiya Akademiyası diplomatiya kompleksinin tikintisi layihəsinin təqdimatını keçirib

Cəmiyyət Materials 28 Yanvar 2009 15:13 (UTC +04:00)
Azərbaycanın Diplomatiya Akademiyası diplomatiya kompleksinin tikintisi layihəsinin təqdimatını keçirib

Azərbaycan, Bakı, 28 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Azərbaycanın Diplomatiya Akademiyası diplomatiya kompleksinin tikintisi layihəsinin təqdimatını keçirib. Kompleks paytaxtın mərkəzində Dədə Qorqud parkı ərazisində tikiləcək, - Akademiyanın rektoru Hafiz Paşayev çərşənbə günü jurnalistlərə bildirib.

Yeni kompleksdə kitabxana, müəllim və tələbələr üçün yaşayış kompleksi nəzərdə tutulub, enerji təchizatı isə alternativ mənbələr hesabına həyata keçiriləcək.

Kompleksin tikintisi layihəsinin tərtib edilməsində amerikalı memarlar iştirak edib.

Paşayevin sözlərinə görə, bu il Akademiyaya təxminən 25, gələn il isə 120-dək tələbə qəbul etmək planlaşdırılır. Onların 25 faizini əcnəbi vətəndaşlar təşkil edəcək. Burada təhsil haqqı 4750 manatdır. İstedadlı tələbələrə maliyyə yardımı göstəriləcək.

"Akademiya yanında Karyeranın İnkişafı Mərkəzi də fəaliyyət göstərəcək. Mərkəz tələbələrə təhsili başa vurduqdan sonra iş tapmaqda kömək edəcək", - rektor deyib.

Diplomatiya Akademiyası Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə 2006-cı il martın 6-da yaradılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti