...

Azərbaycan Dövlət Baytarlıq Xidməti cəbhə xəttinə yaxın kəndlərə hücum edən canavarlarda quduzluq xəstəliyinin olduğunu istisna etmir

Cəmiyyət Materials 27 Fevral 2009 12:16 (UTC +04:00)

Azərbaycan, Bərdə, 27 fevral / Trend , müxbir Ş.Cəliloğlu /

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti cəbhə xəttinə yaxın kəndlərə hücum edən canavarlardan nümunələr götürərək Respublika Baş Laboratoriyasına göndərəcək.

"Kəndlərə hücum edən canavarlarda quduzluq xəstəliyi ola bilər. Ötən il ərzində 35 nümunə götürülüb ki, onun 25-də quduzluq xəstəliyi aşkar edilib", - Trend -un məlumatına görə, cümə günü Bərdədə Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov jurnalistlərə bildirib.

Trend -un arayışı:  Azərbaycanın cəbhə xəttində yerləşən ərazilərdə canavar sürüləri məhv ediləcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı ərazi ekologiya şöbəsindən öncə Trend -a verilən məlumata görə, canavar və çaqqal sürüləri işğal altında yerləşən ərazilərdən aran bölgəsinə axışıb.

Azərbaycanın işğal altında olan torpaqlarında ekoloji tarazlıq pozulduğuna görə, heyvanlar qida tapa bilmir və heyvan sürüləri olan ərazilərə üz tutur.

İdarə rəisi bildirib ki, quduzluq xəstəliyi təkcə canavarlarda deyil, həm də itlərdə ola bilər: "Buna görə də, sahibsiz itlər tutulacaq və hər il olduğu kimi vaksinasiya olunacaq".

Bu gün Bərdədə Dövlət Baytarlıq Xidmətinin zonal müşavirəsi keçirilir. Müşavirədə Bərdə və 30-a yaxın rayon iştrak edir. Müşavirədə ötən il görülmüş işlər və bu il qarşıda duran məsələlər haqqında Bərdə Rayon İcra Hakimiyyəti rəhbərliyi ilə birgə müzakirələr aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti