...

Almaniyanın Deutsche Welle media şirkəti və Azərbaycanın TREND İnformasiya Agentliyi tərəfdaş oldular

Cəmiyyət Materials 27 Aprel 2009 16:02 (UTC +04:00)
Almaniyanın Deutsche Welle media şirkəti və Azərbaycanın TREND İnformasiya Agentliyi tərəfdaş oldular

Azərbaycan, Bakı, 27 mart / Trend , müxbir S.Ağayeva /

Almaniyanın Deutsche Welle media şirkəti və Azərbaycanın TREND Agentliyi informasiya sahəsində əməkdaşlıq barədə razılaşma imzalayıblar.

Razılaşma ölkələrin siyasi, iqtisadi, sosial və mədəniyyət-humanitar həyatı barədə, eləcə də informasiya, radio və video-informasiya sahəsində qarşılıqlı informasiya mübadiləsini nəzərdə tutur. Tərəflər Azərbaycan, Almaniya və digər ölkələrdə maraq kəsb edən informasiya sahələri üzrə əməkdaşlıq etmək niyyətindədirlər.

Almaniyanın Deutsche Welle media şirkəti və Azərbaycanın TREND İnformasiya Agentliyi peşəkar təcrübə mübadiləsi barədə də razılıq əldə ediblər.

Deutsche Welle (Alman dalğası) media şirkəti 1953-cü ildə Almaniya Federativ Respublikasında yaradılıb. Bonn və Berlində yerləşən şirkət 30-dan artıq dildə radio, televiziya və internet-proqramlar yayır və istehsal edir.

DW-WORLD.DE, DW-RADIO və DW-TV - Deutsche Welle şirkətinin tərkib hissəsidirlər. DW-WORLD.DE oxuculara əsasən Almaniya, Rusiya və Avropanın siyasət, iqtisadiyyat və mədəniyyət sahələrini əhatə edən analitik xəbərlər təqdim edir. Daha aktual hadisələr üzrə korrespondensiya, müsahibə və şərhlər tematik dosyelər əmələ gətirir.

TREND Agentliyi 1995-ci ildə Azərbaycanda yaradılmış özəl beynəlxalq informasiya agentliyidir.

TREND-in onlayn-xəbərlər buraxılışları ingilis, rus, fars və ərəb dilləri daxil olmaqla beş dildə nəşr olunur və www.trendaz.com veb-portalında yerləşdirilir. TREND abunəçilərə yüksək keyfiyyətli video və foto materialları, həftənin, ayın, ilin əsas siyasi, iqtisadi hadisələrini özündə birləşdirən analitik məhsullar və agentliyin ekspertlərinin iqtisadi məqalələrini təqdim edir.

2006 və 2007-ci illərin yekunları üzrə TREND İnformasiya Agentliyi "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2008-ci ildə TREND Agentliyi XI Avrasiya Teleforumu çərçivəsində "İnformasiya tərəfdaşlığının uğurlu media-menecmentinə görə" nominasiyasında "Avrasiya İnternet-məkanda" xüsusi elektron KİV müsabiqəsinin qalibi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti