...

Azərbaycanın Mətbuat Şurası daha üç qəzeti "reket" nəşr elan etdi

Cəmiyyət Materials 2 İyul 2009 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Mətbuat Şurası daha üç qəzeti "reket" nəşr elan edib.

"Şikayətlər üzrə komissiyanın iclasında "Son olay", "Pressinq" və "İrəvan press" qəzetləri ilə bağlı müraciətlər araşdırılıb və hər üç nəşr "reket" qəzet elan edilib", - cümə axşamı Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən çoх tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır

"Pressinq" qəzeti ilə bağlı Bakı şəhəri 170 və 234 saylı məktəblərindən, "İrəvan press" qəzeti ilə bağlı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialından və Azərbaycan Dövlət Pedoqoji Kollecindən, "Son olay" qəzetinə qarşı isə Beyləqan Rayon Polis Şöbəsindən Mətbuat Şurasına şikayətlər daxil olub. "Bu qəzetlərdə adıçəkilən qurumlar barədə qərəzli, faktlara, dəlil-sübutlara əsaslanmayan, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın əksər bəndlərinin tələblərinə sayğısızlıqla yanaşılan materiallar dərc olunub. Qarşı tərəfə yönələn təhdid xarakterli hərəkətlərə yol verilib. Komissiya üzvləri bütün bunları əsas götürərək həmin qəzetlərin MŞ-nin "qara siyahı"sına salınmasını məqsədə müvafiq sayıb", - məlumatda qeyd edilir.

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının "Respublika gəncləri" qəzeti ilə bağlı şikayətinin müzakirəsi tərəflər arasında anlaşma əldə olunması ilə başa çatıb. "Belə rəyə gəlinib ki, qəzet qarşı tərəfin mövqeyini əks etdirən məktub dərc etməlidir", - şuradan bildirilib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti