...

Azərbaycanda gənc liderlər üçün yay universiteti təşkil olunacaq

Cəmiyyət Materials 24 İyul 2009 16:13 (UTC +04:00)
2009-ci il 8-17 avqust tarixləri arasında həyata keçiriləcək layihə çərçivəsində "İrəli" fəallarından, gənclər və tələbə təşkilatlarının rəhbərlərindən 100 nəfər gənc liderlər üçün "Ritorika və natiqlik bacarıqları", "Liderlik təlimləri", "İşgüzar etiket", "Layihələrin yazılması və idarə olunması", "İnsan hüquqları", "Şəbəkələşmə", "Müasir internet texnologiyaları" mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və Azərbaycançılıq ideyası haqqında mühazirələr keçirəcək.
Azərbaycanda gənc liderlər üçün yay universiteti təşkil olunacaq

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir C.Babayeva /

"İrəli" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası  Qazax rayonunda "Gənc Liderlər üçün Yay Universiteti" adlı layihəni birgə həyata keçirəcək.

2009-ci il 8-17 avqust tarixləri arasında həyata keçiriləcək layihə çərçivəsində "İrəli" fəallarından, gənclər və tələbə təşkilatlarının rəhbərlərindən 100 nəfər gənc liderlər üçün "Ritorika və natiqlik bacarıqları", "Liderlik təlimləri", "İşgüzar etiket", "Layihələrin yazılması və idarə olunması", "İnsan hüquqları", "Şəbəkələşmə", "Müasir internet texnologiyaları" mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və Azərbaycançılıq ideyası haqqında mühazirələr keçirəcək.

Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmələri üçün maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunacaqdır. Onlar ətraf rayonlara müxtəlif səfərlər edəcək, o cümlədən sərhədyanı hərbi hissəyə baş çəkəcəklər. Bu barədə "İrəli" Ictimai Birliyinin məlumatında deyilir.

Düşərgə iştirakçılarının gələcəkdə dövlət qulluğuna cəlb olunması baxımından da layihənin böyük əhəmiyyəti var. Bunun üçün gənc liderlərin hazırlığına xüsusi diqqət ayrılacaq, gənclərin müxtəlif dövlət xadimləri - Prezident Administrasiyasının şöbə müdirləri, nazirlər, millət vəkilləri və digər ekspertlər ilə görüşləri və interaktiv müzakirələri reallaşdırılacaqdır.

"İrəli" İctimai Birliyi üç ildən çox fəaliyyət göstərən eyniadlı ümumrespublika gənclər hərakatının əsasında yaradılıb. Birliyin sırasına 6 min nəfərdən çox gənc daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti