...

Azərbaycanda baş redaktora bəraət verilib

Cəmiyyət Materials 29 İyul 2009 20:22 (UTC +04:00)
Bu gün Nərimanov Rayon Məhkəməsi baş redaktorun barəsindəki cinayət işi üzrə bəraət hökmü çıxarıb.
Azərbaycanda baş redaktora bəraət verilib

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir K.Zərbalıyeva /

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya bəraət verilib.

Bu gün Nərimanov Rayon Məhkəməsi baş redaktorun barəsindəki cinayət işi üzrə bəraət hökmü çıxarıb. Bu barədə Trend -a Zeynallı özü məlumat verib.

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının 1500 manat məbləğində cərimələnməsi barədə prokuror məhkəməyə müraciət etmişdi. Cinayət Məcəlləsinin milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (283-cü) maddəsi ilə ittiham olunan Zeynallı 2004-cü ildə Adolf Hitlerin "Mənim mübarizəm" kitabının Azərbaycan dilinə tərcüməsində Hitlerə və kitaba rəğbət hissində günühlandırılır.

Zeynallı Hitlerin "Mənim mübarizəm" adlı kitabını Azərbaycan dilinə tərcümə edərək 2004-cü ilin noyabrında nəşr etdirib. Həmin il dekabrın 8-də o, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Dekabrın 9-da Zeynallıya qarşı cinayət işi açılıb. Həmin cinayət işi 2005-ci il fevralın 26-da MTN tərəfindən xitam olunub. Ötən il mayın 7-də baş prokuror tərəfindən cinayət işi yenilənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti