Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir F.Hüseynli /
Azərbaycanlı nazir cüdoçularımızın Ermənistana gedəcəklərini istisna etməyib.
"Gənc cüdoçularımız sentyabrda Ermənistanda keçiriləcək Avropa çempionatına getməyə hazırlaşırlar. Amma bu, son qərar deyil. Sözsüz ki, yekun qərarı Cüdo Federasiyasının rəhbərliyi verməlidir", - Trend -un məlumatına görə, bu sözləri cümə günü jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
Sentyabrın 9-14-də Ermənistanda gənc cüdoçular arasında Avropa çempionatı keçiriləcək.
Nazir bildirib ki, Azərbaycan cüdoçularının Avropa çempionatında iştirak edib-etməyəcəkləri ilə bağlı iclas keçiriləcək. "Bizi ən çox narahat edən məsələ Yerevanda cüdoçularımızın təhlükəsizliyinin təminatı ilə əlaqədardır. Qərar olsa, nazirlikdən mən, yaxud müavinim Yerevana gedəcək, orada şərait və təhlükəsizliklə tanış olacağıq", - nazir əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]