...

İranda A/H1N1 virusuna yoluxanların sayı 285 nəfərə çatıb

Cəmiyyət Materials 26 Avqust 2009 14:57 (UTC +04:00)

İranın Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklər Mərkəzinin üzvü Bijən Sədrizadə bildirib ki, ölkədə A/H1N1 virusuna yoluxanların sayı 285 nəfərə çatıb. Bu barədə Trend IRNA dövlət agentliyinə istinadən bildirib.

Onun sözlərinə görə, A/H1N1 virusuna yoluxan 36 yaşlı qadın vəfat edib.

İranın IRNA informasiya agentliyinin məlumatına əsasən, iyulun 14-də İranda A/H1N1 qripinə yoluxma üzrə bir hal təsdiqlənib, 200 nəfər yoluxmada şübhəli bilinib. İndiyədək İranın Qeşm adasında hamilə bir qadının A/H1N1 virusuna yoluxduğu üçün vəfat etdiyi açıqlanmışdı.

Hazırda A/H1N1 dünyanın 177 ölkəsində yayılıb və 200 min nəfərin yoluxmasına səbəb olub ki, onların 1800-ü vəfat edib. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, bu virusun sürətlə yayılması səbəbindən bütün dünya üzrə iki milyard insanın yoluxma təhlükəsi var.

Xəstəliyin əsas simptomları hərarətin qalxması, boğazda ağrı, fasiləsiz öskürək, zökəm, qusma və ishaldır.

Xəbər lenti

Xəbər lenti