...

ABŞ-ın dəstəyi ilə Azərbaycanda inşa olunan yeni məktəb istifadəyə verilib

Cəmiyyət Materials 15 Sentyabr 2009 14:05 (UTC +04:00)
Trend News-un məlumatına görə, ABŞ-ın Azərbaycandakı müdafiə sahəsində əməkdaşlıq üzrə Avropa Komandanlığı ofisinin dəstəyi ilə Ağcabədi rayonunun Nəcəfqulu kəndində (paytaxt Bakıdan təxminən 370 kilometr aralı) yeni inşa edilən məktəbin açılışı olub.
ABŞ-ın dəstəyi ilə Azərbaycanda inşa olunan yeni məktəb istifadəyə verilib

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dəstəyi ilə Azərbaycanda inşa olunan yeni məktəb bu gün istifadəyə verilib.

Trend -un məlumatına görə, ABŞ-ın Azərbaycandakı müdafiə sahəsində əməkdaşlıq üzrə Avropa Komandanlığı ofisinin dəstəyi ilə Ağcabədi rayonunun Nəcəfqulu kəndində (paytaxt Bakıdan təxminən 370 kilometr aralı) yeni inşa edilən məktəbin açılışı olub.

13 otaqlı məktəbin tikintisinə 500 min manat vəsait sərf olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqə Şöbəsinin müdiri Terri Devidson bildirib ki, bu, sayca ABŞ-ın Azərbaycandakı müdafiə sahəsində əməkdaşlıq üzrə Avropa Komandanlığı ofisinin dəstəyi ilə inşa edilən 15-ci məktəbdir. Onun sözlərinə görə, bu yaxınlarda Bərdədə (paytaxt Bakıdan təxminən 340 kilometr aralıda) məcburi köçkünlər üçün yeni məktəbin inşasına başlanılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti