...

Yaxın Şərqdə siyasi rejimlər islam hərəkatlarının yaradılması üçün əlverişli zəmin yaradır - ekspert

Cəmiyyət Materials 23 Sentyabr 2009 15:32 (UTC +04:00)
Yaxın Şərqdə siyasi rejimlər islam hərəkatlarının yaradılması üçün əlverişli zəmin yaradır, bu barədə çərşənbə günü Miçiqan Universitetinin professoru, siyasi islam üzrə ekspert Məhəmməd Əyyub Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çıxışı zamanı bildirib.
Yaxın Şərqdə siyasi rejimlər islam hərəkatlarının yaradılması üçün əlverişli zəmin yaradır - ekspert

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir Ü.Sadıxova /

Yaxın Şərqdə siyasi rejimlər islam hərəkatlarının yaradılması üçün əlverişli zəmin yaradır, bu barədə çərşənbə günü Miçiqan Universitetinin professoru, siyasi islam üzrə ekspert Məhəmməd Əyyub Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çıxışı zamanı bildirib.

Onun sözlərinə əsasən, dünyəvi müqavimətin və dünyəvi müxalifətin susdurulması islam hərakatlarının inkişafına səbəb oldu. Misal üçün, "Müsəlman qardaşları" hərəkatı Misirdə avtoritar rejim nəticəsində formalaşıb. Lakin Əyyubun sözlərinə görə, Misirdəki "Müsəlman qardaşları", Pakistanda "Camaatı islam", Türkiyədə KİP kimi islam hərəkatlarını islam monolitliyi ilə uyğunlaşdırmaq olmaz. "Onlar Quranın müqəddəs mətnlərini şəxsi məqsədləri üçün istifadə edirlər", - o bildirib.

Professor islamla demokratiyanın bir araya gəlmədiyi barədə səsləndirilən fikirləri yanlış adlandırıb.

"Lakin məsələ müsəlmanların islamdan demokratik və ya qeyri-demokratik yolla istifadə etməsi ilə bağlıdır", - o bildirib.

Onun fikrincə, müsəlmanlar demokratik şəkildə yaşaya biləcəklərini sübut ediblər və buna misal olaraq Türkiyə, Banqladeş, Malayziya və Hindistanı göstərmək olar. Bundan savayı, islam hərəkatları daha mülayim olub. Hətta Misirdəki "Müsəlman qardaşları" son zamanlar insan haqlarından, demokratiyadan, dünyəvi icmanın yaradılmasından daha çox danışmağa başlayıb. Belə ki, onlar bunun sağ qalmaq üçün yeganə yol olduğunu başa düşdülər.

"İslam və siyasət bir arada yaranmayıb, əgər islam tarixinin inkişafına nəzər salsaq görərik ki, din siyasətdən çox tez ayrılıb", - Əyyub bildirib.

Xəbər lenti

Xəbər lenti