...

Azərbaycanlı şahmatçı çinli həmkarı ilə heç-heçə edib

Cəmiyyət Materials 5 Oktyabr 2009 12:32 (UTC +04:00)
Azərbaycan Şahmat Federasiyasından bazar ertəsi Trend News-a bildiriblər ki, Teymur Rəcəbov Çinin Nantszin şəhərində dairəvi sistem üzrə keçirilən superturnirin altıncı turunda bu ölkənin ən yüksək reytinqli şahmatçısı Van Yu ilə görüşdə xalı yarı bölüb.
Azərbaycanlı şahmatçı çinli həmkarı ilə heç-heçə edib

Azərbaycan, Bakı,5 oktyabr / Trend , muxbir F.Hüseynli/ Azərbaycanlı şahmatçı çinli həmkarı ilə heç-heçə edib.

Azərbaycan Şahmat Federasiyasından bazar ertəsi Trend -a bildiriblər ki, Teymur Rəcəbov Çinin Nantszin şəhərində dairəvi sistem üzrə keçirilən superturnirin altıncı turunda bu ölkənin ən yüksək reytinqli şahmatçısı Van Yu ilə görüşdə xalı yarı bölüb.

Turun digər görüşlərində Topalov (Bolqarıstan) Yakovenkoya (Rusiya) qalib gəlib, Leko (Macarıstan) Karlsenlə (Norveç) heç-heçə edib.

Altı oyunun nəticəsinə görə, Karlsen 5, Van Yu, Topalov 3, Leko, Rəcəbov 2,5, Yakovenko 2 xal toplayıblar.

Yeddinci turda Rəcəbov-Leko, Van-Yu-Yakovenko, Topalov- Karlsen qarşılaşacaqlar.

Turnirin ümumi mükafat fondu 250 min avrodur. Yarışın qalibini 80 min avro mükafat gözləyir.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti