...

İranda "Azərbaycan turu" beynəlxalq velosiped yürüşünə start verilib

Cəmiyyət Materials 16 Oktyabr 2009 14:57 (UTC +04:00)
İranda 24-cü "Azərbaycan turu" beynəlxalq velosiped yürüşünə start verilib və artıq bu yürüşün ikinci mərhələsi başlayıb. Trend News-un məlumatına görə, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
İranda "Azərbaycan turu" beynəlxalq velosiped yürüşünə start verilib

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir T.Cəfərov/

İranda 24-cü "Azərbaycan turu" beynəlxalq velosiped yürüşünə start verilib və artıq bu yürüşün ikinci mərhələsi başlayıb. Trend -un məlumatına görə, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Yarışda 14 xarici və İran komandası iştirak edir. Altı mərhələdən ibarət yarışın təşkilatçısı İranın Velosiped İdmanı Federasiyasıdır. Birinci mərhələ cümə axşamı Təbrizdən Urmiya şəhərinə (146 kilometr), ikinci mərhələ bu gün (cümə günü) Urmiyadan Şəbüstər şəhərinə (175 kilometr), üçüncü mərhələ oktyabrın 17-də Təbrizdən Culfaya (129 kilometr), dördüncü mərhələ Naxçıvan Muxtar Respublikasında (99,6 kilometr), beşinci mərhələ Culfadan Kəlibərə (145 kilometr), altıncı mərhələ isə Kəlibərdən Təbrizə (173 kilometr) kimi keçiriləcək.

Yarışın mükafat fondu 50 min dollardır. Yarış beynəlxalq statusa malik olduğundan, mükafatlar uğrunda 7 ölkə (İran, Azərbaycan, Türkiyə, Uqanda, Yunanıstan,Gürcüstan və Əfqanıstan) idmançıları mübarizə aparırlar.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti