...

Azərbaycanda "quş qripi" təhlükəsi yoxdur - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 17 Noyabr 2009 11:55 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi quşların köçməsi mövsümünün başlanması və "quş qripi"nin profilkatikası ilə əlaqədar olaraq monitorinqlər və reydlər keçirib, bu barədə Trend News-a çərşənbə axşamı idarənin mətbuat xidmətindən bildirilib.
Azərbaycanda "quş qripi" təhlükəsi yoxdur - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 17 noyabr / Trend New, müxbir M.Əliyev /

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi quşların köçməsi mövsümünün başlanması və "quş qripi"nin profilkatikası ilə əlaqədar olaraq monitorinqlər və reydlər keçirib, bu barədə Trend -a çərşənbə axşamı idarənin mətbuat xidmətindən bildirilib.

Monitorinqlər zamanı xəstə, zəif quşlar və ya quş cəsədləri aşkar olunmayıb.

Lənkəranın mərkəzi bazarında keçirilən reydlər zamanı qanunsuz ovlanmış 12 qaşqaldaq aşkar olunub. "Faktla əlaqədar protokol tərtib olunub və bu quşlar baytarlıq şöbəsinin əməkdaşları tərəfindən yandırılıb", - Ekologiya Nazirliyinin məlumatında deyilir.

Monitorinqlər və reydlər Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara, Yardımlı, Şirvan, Neftçala, Sabirabad, Biləsuvar, Salyan, Hacıqabulda keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti