...

Azərbaycanda kişilərin sayının qadınlarla müqayisədə azalması narahatlıq doğuracaq vəziyyətdə deyil - Parlamentin komitə sədri

Cəmiyyət Materials 25 Noyabr 2009 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda kişilərin sayının qadınlarla müqayisədə azalması narahatlıq doğuracaq vəziyyətdə deyil, Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Bu ilin oktyabrın 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 8 milyon 973 min nəfər olub. Əhalinin 49 faizini kişilər, 51 faizini isə qadınlar təşkil edir. Hər 1000 nəfər kişiyə 1041 qadın düşür.

"Bu məsələ təbii bir qanunauyğunluqla tənzimlənir. Qanunauğunluq nədən ibarətdir? Ötən il Azərbaycanda 155 min doğuş olub. Doğulanların 51 faizi oğlan, 49 faiz qızdır. 25 yaşında onların sayı bərabərləşir. Sonradan qadınların faizi artır, kişilər azalır",-deyə Rəcəbli bildirib.

O, kişilərin sayının azalmasını qədim dövrlərdə müharibələrlə, hazırki dövrdə isə avtoqəzalar və digər hallarla əlaqələndirib.

Komitə sədri bütün bunlara baxmayaraq bu məsələyə müdaxilə olunmasını vacib sayır və hesab edir ki, gələcəkdə Azərbaycanda bu məslə ilə bağlı vəziyyət ciddiləşə bilər. O, bu sahədə hər hansı qadağanın qoyulmasını da real hesab etmir, lakin tənzimlənməni mümkün sayır.

"Əgər UZİ varsa, necə qadağa qoymaq olar. Tənzimlənmə yolu olmalıdır", - Rəcəbli bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti