...

Maykl Cekson demək olar ki müsəlman olub

Cəmiyyət Materials 21 Yanvar 2010 17:18 (UTC +04:00)
2009-cu ilin iyununda qəflətən vəfat edən Maykl Ceksonun qardaşı Ceremi Cekson BƏƏ-nin "əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib ki, pop musiqisinin kralı İslam ilə çox maraqlanırmış və bir il Fars körfəzi ölkələrində yaşadıqdan sonra demək olar ki, müsəlman olub.
Maykl Cekson demək olar ki müsəlman olub

2009-cu ilin iyununda qəflətən vəfat edən Maykl Ceksonun qardaşı Ceremi Cekson BƏƏ-nin "əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib ki, pop musiqisinin kralı İslam ilə çox maraqlanırmış və bir il Fars körfəzi ölkələrində yaşadıqdan sonra demək olar ki, müsəlman olub.

Fars körfəzi ölkələrinə tez-tez səfər edən pop musiqisinin kralı İslam ədəbiyyatını çox oxuyub və İslam fəlsəfəsi ilə maraqlanıb, İslamı qəbul etməyin bir addımlığında olub.

Müsəlman KİV-nə müsahibə verən Ceksonlar ailəsinin bir üzvü Ceremi Cekson bildirib ki, "qardaşını İslamı qəbul etməyə dəvət edib, çünki İslam yolu onu müdafiə edən və bir çox problemlərdən azad edən həqiqi yoldur".

"Bəhreyndə bir il yaşayıb ABŞ-a qayıdandan sonra o, müsəlman cəmiyyətinə çox yardım edib. Onu İslamdan sadəcə bir addım ayırdı", - müğəninin qardaşı deyib.

Britaniya KİV-ləri 2008-ci ilin noyabrında bildirib ki, 50 yaşlı Maykl Cekson gizlicə müsəlman olub, bundan sonra müsəlmanlara məxsus paltarlar geyinir, müsəlmanlar kimi yerdə oturur, müsəlmanların müqəddəs kitabı "Quran"a and içir.

"Daily Mail" qəzeti yazıb ki, Cekson, onun iki müsəlman dostu - kanadalı bəstəkarlar David Arnspe və Filip Bxopalla yeni mahnı üzərində işləyərkən, onlar İslamı qəbul etməyi məsləhət görüblər. Bildirilib ki, Cekson təklifi qəbul edib və "Mustafa" ilə yanaşı özünə "Mikayıl" adını seçərək məscidlərin birində İslamı qəbul edib.

Xəbər lenti

Xəbər lenti