...

Azərbaycan vətəndaşları Novruz bayramında yeddi gün istirahət edəcəklər

Cəmiyyət Materials 16 Fevral 2010 17:30 (UTC +04:00)
Novruz bayramı Azərbaycanda bu il yeddi gün davam edəcək. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli çərşənbə axşamı Trend News-a bildirib.
Azərbaycan vətəndaşları Novruz bayramında yeddi gün istirahət edəcəklər

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir S.Ağayeva/

Novruz bayramı Azərbaycanda bu il yeddi gün davam edəcək. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli çərşənbə axşamı Trend -a bildirib.

20-24 mart rəsmi olaraq Azərbaycanda bayram günü elan edilib.

"Belə ki, bu il Azərbaycanda 20 və 21 mart şənbə və bazar gününə təsadüf etdiyi üçün həmin iki gün avtomatik olaraq ondan sonrakı iki iş gününə keçirilir. Beləliklə, bu il 20-27 mart ölkədə qeyri-iş günüdür", - Akif Əli deyib.

Azərbaycan Respublikasının "Əmək məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Qanununa əsasən, 2005-ci il 30 oktyabrdan etibarən bayram günləri həftə sonuna təsadüf edərsə, bu zaman həmin günlər avtomatik olaraq ondan sonrakı iş günləri ilə əvəz edilir.

Xəbər lenti

Xəbər lenti