...

Azərbaycan və Almaniya "beyin mərkəzləri" arasında əməkdaşlığı müzakirə edib

Cəmiyyət Materials 24 Fevral 2010 17:26 (UTC +04:00)
Azərbaycan və Almaniya "beyin mərkəzləri" arasında elmi tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsi müzakirə olunub.
Azərbaycan və Almaniya "beyin mərkəzləri" arasında əməkdaşlığı müzakirə edib

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycan və Almaniya "beyin mərkəzləri" arasında elmi tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsi müzakirə olunub. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) məlumatına görə, müzakirə Mərkəzin direktoru Elxan Nuriyevlə çərşənbə günü Almaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya bölməsinin müdiri Yohanes Reqenbrext arasında keçirilən görüş zamanı baş tutub.

Görüşdə Azərbaycan və Almaniya arasında humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri" arasında elmi tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin Azərbaycan və AFR arasında təmasların daha da sıxlaşmasına öz töhfəsini verəcəyinə əminlik qeyd edilib.

Reqenbrext SAM-da "Regional və qlobal siyasi meyillər kontekstində Almaniyanın Cənubi Qafqaz siyasəti" mövzusunda məruzə ilə çıxış edərək regional əməkdaşlıq məsələlərinə toxunub, Almaniyanın Cənubi Qafqaz regionunun hər üç ölkəsi ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti