...

Azərbaycan xalqına qarşı soyqırım haqqında kitabın ikinci cildi nəşr ediləcək

Cəmiyyət Materials 15 Mart 2010 14:38 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu bu il Azərbaycan xalqına qarşı soyqırım haqqında kitabın ikinci cildini nəşr edəcək. Bu barədə Trend News-a institutun rəhbəri, Milli Məclisin deputatı Yaqub Mahmudov məlumat verib.
Azərbaycan xalqına qarşı soyqırım haqqında kitabın ikinci cildi nəşr ediləcək

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu bu il Azərbaycan xalqına qarşı soyqırım haqqında kitabın ikinci cildini nəşr edəcək. Bu barədə Trend -a institutun rəhbəri, Milli Məclisin deputatı Yaqub Mahmudov məlumat verib.

Onun sözlərinə görə, kitabda rəsmi sənədlər əsasında ermənilərin Şamaxı, Quba, Salyan və ölkənin digər guşələrində Azərbaycan xalqına qarşı törətdikləri soyqırım təsvir ediləcək.

2011-ci ildə institut toplunun üçüncü cildini buraxmaq niyyətindədir. Kitabda şahidlərin faciəvi hadisələr haqqında xatirələri toplanacaq.

"Azərbaycanlıların soyqırımı haqqında toplu üç cilddə nəşr edilir. 1918-ci il 31 Mart hadisələrinə həsr olunmuş birinci cild 2010-cu ildə işıq üzü görüb. Kitabda öldürülən 26 Bakı komissarının siyahısında Stepan Şaumyanın olmadığını təsdiqləyən sənədlər və digər mühüm sənədlər dərc edilib", - institut rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti