...

Parlaq Düşüncənin Gücü

Cəmiyyət Materials 25 Mart 2010 15:33 (UTC +04:00)
Bu gün Gənclər üçün Təhsil Mərkəzində “Parlaq Düşüncənin Gücü” adlı təqdimat mərasimi keçirilib. Bu barədə mərkəzin mətbuat xidmətindən bildirilib.
Parlaq Düşüncənin Gücü

Bu gün Gənclər üçün Təhsil Mərkəzində "Parlaq Düşüncənin Gücü" adlı təqdimat mərasimi keçirilib. Bu barədə mərkəzin mətbuat xidmətindən bildirilib. 

Təqdimatın keçirilməsində məqsəd düşüncəni dəyişməklə hansı yeni imkanların əldə edilməsi və yeniliklərin necə qəbul edilməsi barədə gənclərə psixoloji biliklər vermək olub.

Mərkəzin əməkdaşı, gənc psixoloq Saqibə Əhmədova tərəfindən keçirilən təqdimat müxtəlif psixoloji mövzuları əhatə edib. Belə ki, orada "Daxili səsimizi eşitməyi bacarırıqmı?", "Seçdiyimiz sözlər həyatımıza nə dərəcədə təsir edir?", "Daxili nitqimizi necə dəyişə bilərik?", "Həyatda bizə nəyin mane olduğunu necə bilək?", "Özünəinamsızlıq nədən yaranır?" və s. mövzulara toxunulub.

Qeyd edək ki, təqdimatlar silsilə formasında davam edəcək və mərkəz yaxın vaxtlarda gənclərin psixoloji inkişafı üçün digər proqramlar da həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti