...

TQDK qəbul imtahanlarının nəzarətçiləri üçün seminar-məşğələlər keçirəcək

Cəmiyyət Materials 29 Mart 2010 16:23 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprel ayında Azərbaycanın ali və orta ixtisas məktəblərinə bölgələrdə keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirəcək.
TQDK qəbul imtahanlarının nəzarətçiləri üçün seminar-məşğələlər keçirəcək

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprel ayında Azərbaycanın ali və orta ixtisas məktəblərinə bölgələrdə keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirəcək. Bu barədə Trend -a TQDK-nın mətbuat xidmətindən bildiriblər.

Məşğələlər 6-9 aprel tarixlərində ölkənin 15 şəhərində TQDK-nın Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq.

Seminarların məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.

Xəbər lenti

Xəbər lenti