...

Azərbaycanda palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsi zəlzələnin əlamətidir - geoloq (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2010 19:20 (UTC +04:00)
Azərbaycanlı geoloqlar Azərbaycandakı palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsini zəlzələnin əlaməti kimi qiymətləndirir.
Azərbaycanda palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsi zəlzələnin əlamətidir - geoloq (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı geoloqlar Azərbaycandakı palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsini zəlzələnin əlaməti kimi qiymətləndirir. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun "Palçıq Vulkanizmi" bölməsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev Trend-ə deyib.

"İnstitut tərəfindən aparılan tədqiqatlar göstərir ki, zəif zəlzələlərdən (2-3 bal) öncə ölkənin palçıq vulkanlarının fəaliyyətində aktivləşmə baş verir - tərkibində kimyəvi elementlərin qeyri-adi artması ilə müşahidə olunan qaz və sular ayrılır. Onlar təsdiq edir ki, haradasa yaxınlıqda zəlzələ baş verəcək", - geoloq deyib.

Onun sözlərinə görə, Geologiya İnstitutu Azərbaycanın Seysmologiya Xidməti ilə birgə vulkanların aktivləşməsinin gündəlik fiksasiyası ilə bağlı monitorinqlər aparmağı planlaşdırır.

"Monitorinq nəticəsində palçıq vulkanının zəlzələ ilə dəqiq əlaqəsi müəyyən ediləcək", - Əliyev deyib.

Dünyada olan palçıq vulkanlarının təqribən 40-45 faizi Azərbaycan ərazisində yerləşir.

Xəbər lenti

Xəbər lenti