...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti təbii fəlakətdən zərərçəkmiş 150 ailəyə yardım göstərib

Cəmiyyət Materials 14 May 2010 10:48 (UTC +04:00)
Cəmiyyətdən cümə günü Trend-ə verilən məlumata görə, Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlər nəticəsində zərərçəkmiş insanlara yardımın göstərilməsi üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti may ayının 13-də Göygöl rayonuna, Hacıkənd qəsəbəsinə və Zərdab rayonuna səfər ediblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti təbii fəlakətdən zərərçəkmiş 150 ailəyə yardım göstərib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Qızıl Aypara Cəmiyyəti təbii fəlakətdən zərər çəkmiş 150 ailəyə yardım göstərib.

Cəmiyyətdən cümə günü Trend-ə verilən məlumata görə, Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlər nəticəsində zərərçəkmiş insanlara yardımın göstərilməsi üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti may ayının 13-də Göygöl rayonuna, Hacıkənd qəsəbəsinə və Zərdab rayonuna səfər ediblər.

Səfər zamanı təbii fəlakətin baş verdiyi ərazidə zərərçəkmiş insanlara humanitar yardım göstərilib. Zərdab rayonu və Göygöl rayonu, Hacıkənd qəsəbəsində ümumilikdə 150 ailəyə 27810,17 manat dəyərində yardımlar edilib. Yardımlar - ədyal, çadır, gigiyenik dəst, rezin çəkmə, səyyar qaz sobası, mətbəx dəsti, kanistr, yataq dəsti, elektrik qızdırıcısı, əriştəkəsən, palaz, yataq kisəsi, döşək, qadın paltarı və ərzaq bağlamalarından ibarət olub.

Xəbər lenti

Xəbər lenti