...

Ukraynada yaşayan azərbaycanlı gənclər "Eurovision - 2010" mahnı müsabiqəsində Azərbaycana dəstək kampaniyası çərçivəsində tədbirlər keçirib

Cəmiyyət Materials 31 May 2010 15:05 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbir Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurasının və "İrəli" Gənclər İctimai Birliyinin təşəbbüsü ilə "Eurovision - 2010" mahnı müsabiqəsində Azərbaycana dəstək kampaniyası çərçivəsində Kiyevin Donetsk, Xarkov, Dnepropetrovsk, Simferopol şəhərlərində baş tutub
Ukraynada yaşayan azərbaycanlı gənclər "Eurovision - 2010" mahnı müsabiqəsində Azərbaycana dəstək kampaniyası çərçivəsində tədbirlər keçirib

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Hacıyev/

Ukraynada yaşayan azərbaycanlı gənclər "Eurovision - 2010" mahnı müsabiqəsində Azərbaycana dəstək kampaniyası çərçivəsində tədbirlər keçirib. Trend-in məlumatına görə, tədbir Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurasının və "İrəli" Gənclər İctimai Birliyinin təşəbbüsü ilə "Eurovision - 2010" mahnı müsabiqəsində Azərbaycana dəstək kampaniyası çərçivəsində Ukraynanın Kiyev, Donetsk, Xarkov, Dnepropetrovsk, Simferopol şəhərlərində baş tutub.

Kiyev şəhərində bir araya gələn 120-dən çox azərbaycanlı və ukraynalı gənc isə Azərbaycana dəstək kampaniyalarını məşhur "Laki Pab" əyləncə mərkəzinə toplaşmaqla keçirib. Dəstək kampaniyasına maraqlı və yadda qalan əyləncəli proqramla qatılan gənclər Avropanın 39 ölkəsi arasında möhtəşəm mahnı müsabiqəsini Azərbaycanı təmsil edən Səfurə Əlizadənin açmasını böyük coşğu ilə qarşılayıblar.

Dəstək kampaniyası çərçivəsində gənclər arasında intellektual yarışma da keçirilib. Azərbaycan haqqındakı suallara ən yaxşı cavab verənlərə hədiyyələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti