...

Azərbaycanda vətəndaşlar 2012-ci ilədək biometrik pasportlarla təmin ediləcək

Cəmiyyət Materials 9 İyun 2010 12:20 (UTC +04:00)
Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov çərşənbə axşamı Trend-ə bildirib ki, biometrik pasportların nümunələri müəyyən edilib və İsveçrənin "Trub" şirkəti tərəfindən hazırlanacaq.
Azərbaycanda vətəndaşlar 2012-ci ilədək biometrik pasportlarla təmin ediləcək

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vətəndaşlar 2012-ci ilədək biometrik pasportlarla təmin ediləcək.

"Biometrik pasportların nümunələri müəyyən edilib və İsveçrənin "Trub" şirkəti tərəfindən hazırlanacaq", - bunu çərşənbə axşamı Trend-ə Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov bildirib.

Transmilli cinayətkarlıq, qanunsuz silah və narkotika alveri və digər bu kimi cinayətlərlə mübarizədə qabaqlayıcı tədbirlərin səmərəli olması üçün əksər dünya ölkələri bu sistemə keçir. Azərbaycanda milli biometrik eyniləşdirmə sisteminin yaradılması barədə Dövlət Proqramı qəbul olunub.

Nəcəfov deyib ki, Azərbaycan vətəndaşlarına veriləcək yeni biometrik pasportlarda şəxsin üzünün və barmaqlarının rəqəmsal təsvirləri kimi biometrik məlumatlar əks olunacaq. Onun sözlərinə görə, yeni nəsil pasportlarında hər bir şəxsin fərdi identifikasiya nömrəsi də yerləşdiriləcək.

"2012-ci ildən sonra Azərbaycan vətəndaşları köhnə pasportlarla Avropa ölkələrinə və Amerikaya gedə bilməyəcəklər. Dövlət Proqramı çərçivəsində müvafiq qanunvericilik bazasının formalaşdırılması, informasiya sistemlərinin yaradılması, məlumatların təhlükəsizliyinin təmin olunması və yeni nəsil biometrik pasportların hazırlanması və verilməsi nəzərdə tutulub", - Ədliyyə Nazirliyinin rəsmisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti