...

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin ansanblı Mərdəkan internat məktəbində musiqiçilərə seminar keçirib

Cəmiyyət Materials 19 İyul 2010 12:41 (UTC +04:00)
Amerika Birləmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin beş ulduzlu nəfəsli çalğı alətləri ansanmblı bazar ertəsi Mərdəkan internat məktəbinin nəfəsli alətlər orkestrinin 15 gənc musiqiçisinə seminar keçirib
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin ansanblı Mərdəkan internat məktəbində musiqiçilərə seminar keçirib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/ Amerika Birləmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin beş ulduzlu nəfəsli çalğı alətləri ansanblı bazar ertəsi Mərdəkan internat məktəbinin nəfəsli alətlər orkestrinin 15 gənc musiqiçisinə seminar keçirib.

Azərbaycanda səfərdə olan Hərbi Dəniz Qüvvələrinin ansanblı şagirdləri bu yaxınlarda Qəbələdə keçiriləcək beynəlxalq musiqi festivalına hazıraşmaları üçün qayda və metodları bölüşblər.

Ansanblın rəhbəri Rocer Starçer bildirib ki, məqsəd klassik, caz və hərbi musiqi nümayiş etdirmək və həmçinin gənc musiqiçilərlə əlaqə yaratmaqdır.

"Bu tədbirlər bizə məqsədlərin hər ikisini həyata keçirməyə imkan verdi. Uşaqların bacarıq səviyyəsi çox yüksəkdir və onlara Qəbələdə keçiriləcək festivalda uğurlar arzulayıram" Starçer deyib.

Qəbələdə beynəlxalq musiqi festivalı iyulun 23-dən avqustun 5-ə kimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti