...

Azərbaycanda yaxın günlərdə havanın temperaturu 42 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 29 İyul 2010 14:15 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28 dərəcə, gündüz 36-39 dərəcə isti olacaq.
Azərbaycanda yaxın günlərdə havanın temperaturu 42 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda yaxın günlərdə havanın temperaturu 42 dərəcəyədək yüksələcək. Bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28 dərəcə, gündüz 36-39 dərəcə isti olacaq.

İyulun 30-da hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 36-39 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti təşkil edəcək.

İyulun 31-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 36-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 29-da hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 37-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə isti təşkil edəcək.

İyulun 30-31-də hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti