...

Azərbaycan avarçəkənləri dünya çempionatına yollanırlar

Cəmiyyət Materials 11 Avqust 2010 17:03 (UTC +04:00)
Azərbaycan avarçəkənləri dünya çempionatına yollanırlar.
Azərbaycan avarçəkənləri dünya çempionatına yollanırlar

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan avarçəkənləri dünya çempionatına yollanırlar. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 19-da Polşanın Poznan şəhərində start götürəcək avarçəkmə üzrə dünya çempionatında iştirak etmək üçün Azərbaycan milli komandasının heyəti artıq müəyyənləşib.

Baş məşqçisi Aleksandr Kolıbelnikov olan dueti Sergey Bezuqlı-Maksim Prokopenko təmsil edəcək. Onlar ikinəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərə qatılacaqlar.

Kanoeçilərimiz dünya çempionatına avqustun 2-dək Bolqarıstanın paytaxtı Sofiyadan 200 km uzaqlıqda olan Bilmiken kurort bazasında hazırlaşıblar.

Sergey Bezuqlı-Maksim Prokopenko dueti 2-4 iyulda İspaniyanın Trasona şəhərində təşkil edilmiş Avropa çempionatında da 1000, 500 və 200 metr məsafələrə yürüş ediblər. Onlar 1000 metr məsafəyə yürüşdə qızıl, 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıblar, 200 metr məsafəyə yürüşdə isə 4-cü olublar. Kanoeçi duetimiz ötən il Kanadanın Dartmut şəhərində keçirilmiş dünya çempionatında isə 1000 metr məsafəyə yürüşdə gümüş, 500 metr məsafəyə yürüşdə bürünc medala sahib olub.

Xəbər lenti

Xəbər lenti