...

Azərbaycanda ali və orta ixtisas məktəblərinə sənədvermənin vaxtı açıqlanıb

Cəmiyyət Materials 12 Avqust 2010 17:42 (UTC +04:00)
Azərbaycanda ali və orta ixtisas məktəblərinə sənədvermənin vaxtı açıqlanıb.
Azərbaycanda ali və orta ixtisas məktəblərinə sənədvermənin vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ali və orta ixtisas məktəblərinə sənəd vermənin vaxtı açıqlanıb. Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunanlar - avqustun 13-dən 20-dək, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlar - avqustun 11-dən 20-dək, tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunanlar - avqustun 16-dan 31-dək, ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olunanlar isə avqustun 9-dan 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Azərbaycanın ali məktəblərinə 2010-2011-ci tədris ili üçün qəbul imtahanları iyulun 4-dən 23-dək keçirilib. Ali məktəblərdə vakant qalan yerlərə və 11 illik təhsil bazasından orta ixtisas məktəblərinə qəbul üçün müsabiqədə iştirak etmək istəyənlər avqustun 6-dan 11-dək internet vasitəsilə TQDK-ya müraciət ediblər.

Xəbər lenti

Xəbər lenti