...

Göyçay məscidində nalayiq hərəkət etmiş şəxs axund deyil – Qafqaz Müsəlmanları İdarəsi

Cəmiyyət Materials 12 Avqust 2010 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir M.Əliyev/

Göyçay məscidində nalayiq hərəkət etmiş Əsgər Babayev bu məscidin axundu deyil. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin məlumatında deyilir.

KİV-də guya Göyçay məscidinin axundu Əsgər Babayevin məsciddə qeyri-etik hərəkət etdiyi barədə məlumat yayılıb.

"Axund vəzifəsinə iddialı olan Babayev, QMİ-nin attestasiyasındn keçə bilməyib", - məlumatda qeyd olunur.

"Bu hal təsdiqini taparsa, hüquq-mühafizə orqanları tərəfindən lazımi ölçü götürülməsini vacib sayırıq", - məlumatda vurğulanır.

"Əvvəllər Babayev icma sədrliyinə öz namizədliyini irəli sürüb. Bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyri-məqbul sayılıb", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti