...

Azərbaycanda hərbi qulluqçuları təhqir etməkdə və zorlamaqda ittiham olunan əsgərin cəzası yüngülləşdirilib

Cəmiyyət Materials 6 Sentyabr 2010 12:46 (UTC +04:00)
Azərbaycanda hərbi qulluqçuları təhqir etməkdə və zorlamaqda ittiham olunan əsgərin cəzası yüngülləşdirilib.
Azərbaycanda hərbi qulluqçuları təhqir etməkdə və zorlamaqda ittiham olunan əsgərin cəzası yüngülləşdirilib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir H.Bağırov/

Azərbaycanda hərbi qulluqçuları təhqir etməkdə və zorlamaqda ittiham olunan əsgərin cəzası yüngülləşdirilib.

Gəncə Apelyasiya Məhkəməsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyi "N" saylı hərbi hissənin kiçik çavuşu Malik Məmmədov və əsgər Mərhəmət Hüseynovun apelyasiya şikayətləri üzrə qərar elan edilib.

Qərara görə, Hüseynovun barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü dəyişdirilib. Onun barəsində Cinayət Məcəlləsinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi (62-ci) maddəsi tətbiq edilməklə, 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Məhkəmə hökmünün Məmmədova aid hissəsi dəyişdirilmədən saxlanılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Məmmədov 6 il, Hüseynov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər xidmət etdikləri hərbi hissədə zərərçəkmiş əsgərlərə qarşı uşaqbazlıq və digər seksual xarakterli hərəkətlər edib. Onlar etiraz edən əsgərləri isə döyərək təhqir ediblər.

Cinayət işi üzrə 10 zərərçəkmiş tanınıb.

Xəbər lenti

Xəbər lenti