...

Azərbaycan paytaxtında düşən yağıntının miqdarı aylıq normadan iki dəfə çox olub, qeyri-sabit hava şəraiti davam edəcək - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 11 Sentyabr 2010 12:57 (UTC +04:00)
Azərbaycan paytaxtında bir gündə düşən yağıntının miqdarı aylıq normadan iki dəfə çox olub.
Azərbaycan paytaxtında düşən yağıntının miqdarı aylıq normadan iki dəfə çox olub, qeyri-sabit hava şəraiti davam edəcək - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan paytaxtında bir gündə düşən yağıntının miqdarı aylıq normadan iki dəfə çox olub. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya İdarəsinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.

"Ən çox yağıntı Lənkəran-Astara bölgəsinə və Böyük Qafqazın bəzi ərazilərinə düşüb. Orada aylıq normanın 48-64%-i miqdarında yağıntılar qeydə alınıb. Bakıda və Abşeron yarımadasında bəzi ərazilərdə yağıntı aylıq normadan iki dəfə çox olub", - Tağıyeva əlavə edib.

Sentyabrın 11-nə keçən gecədən etibarən Azərbaycanın bir çox ərazilərinə, o cümlədən Bakı şəhərində intensiv yağışlar yağmağa başlayıb.

Onun sözlərinə görə, ölkədə yağmurlu hava şəraiti sentyabrın 13-dək davam edəcək.

"Ayın 12-də gündüz vaxtlarında Qərb rayonlarından başlayaraq yağıntı kəsiləcək. Ayın 13-də isə hava yağmursuz keçəcək", - Tağıyeva deyib.

Azərbaycanın paytaxtında yağıntının intensivləşməsi nəticəsində nəqliyyatın hərəkəti məhdudlaşıb. Bu barədə şənbə günü Trend-ə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən (BŞBDYPİ) məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti