...

Pakistanın Milli Menecment Kollecinin dinləyiciləri Azərbaycan Diplomatik Akademiyasına səfər edib

Cəmiyyət Materials 7 Noyabr 2010 01:20 (UTC +04:00)
Pakistanın Milli Menecment Kollecində təhsil alan yüksək və orta rütbəli yerli məmurlar Azərbaycan Diplomatik Akademiyasına səfər ediblər. Bu barədə Trend-ə şənbə günü həmin ali təhsil müəssisəsindən bildirilib.
Pakistanın Milli Menecment Kollecinin dinləyiciləri Azərbaycan Diplomatik Akademiyasına səfər edib

Azərbaycan, Bakı, 6 Noyabr / Trend /

Pakistanın Milli Menecment Kollecində təhsil alan yüksək və orta rütbəli yerli məmurlar Azərbaycan Diplomatik Akademiyasına səfər ediblər. Bu barədə Trend-ə şənbə günü həmin ali təhsil müəssisəsindən bildirilib.

Səfərin məqsədi təhsil ocağının tədris təcrübəsi və gələcək planları ilə tanış olmaq idi.

Diplomatik Akademiyanın professor heyəti təhsil ocağında tədris olunan kurslar, aparılan elmi araşdırma və onların əhəmiyyəti barədə məlumat veriblər. Həmçinin qonaqlara Ermənistanın Dağlıq Qarabağa təcavüzu, torpaqlarımızın 20 faizinin işqal altında olması və bu reallığın Azərbaycanın xarici siyasətinə təsirindən bəhs ediblər.

Pakistanın Milli Menecment Kollecinin dekanı, Rahat ul Ain Azərbaycana səfərləri zamanı onlarda yaranan müsbət təəssuratdan, iqtisadiyyatın ciddi artımı, hökumətin reallaşdırdığı yeni təhsil təşəbbüslərin əhəmiyyətindən danışıb. O, əminliklə qeyd edib ki, milli hökumətin düşünülmüş siyasəti gələcəkdə də mövcud olan inkişafın davamına zəmin yaradacaq.

Həm Azərbaycanlı professorlar, həmdə Pakistanlı qonaqlar iki ölkə arasında olan uzun əsirlik dostluq münasibətlərdən, bu dostluqun beynəlxalq qurumlarda faydalı əməkdaşlığa səbəb olduğunu vurğulayıblar. Azərbaycan Diplomatik Akademiyasının təmsilçiləri Pakistanlı tələbələrin təhsil ocağında oxuması üçün təqaüd verməyə hazır olduğunu da bildirdilər.

Xəbər lenti

Xəbər lenti