...

Azərbaycanda Çin vətəndaşının iş yerində ölməsi faktı üzrə cinayət işi başlanıb

Cəmiyyət Materials 19 Noyabr 2010 16:12 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Quan Zhengquanın ölümü barədə məlumat əsasında Qaradağ rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib.
Azərbaycanda Çin vətəndaşının iş yerində ölməsi faktı üzrə cinayət işi başlanıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Çin vətəndaşının iş yerində istehsalat xəsarəti alaraq ölməsi faktı üzrə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Quan Zhengquanın ölümü barədə məlumat əsasında Qaradağ rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib. Meyit daxili müayinə olunması üçün Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin rayon şöbəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozma (162.2-ci) maddəsi ilə cinayət işi başlanıb və Quan Zhengquanın ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Xəbər lenti

Xəbər lenti