...

Azərbaycanda məhkumlar arasında vərəmin aşkarlanması üçün kütləvi müayinə keçirilib - Ədliyyə Nazirliyi

Cəmiyyət Materials 20 Noyabr 2010 09:00 (UTC +04:00)
Azərbaycanda məhkumlar arasında vərəmin erkən aşkarlanması məqsədilə bu il 12 müəssisədə kütləvi rentgen müayinəsi və sorğu-anket tətbiqi həyata keçirilib.
Azərbaycanda məhkumlar arasında vərəmin aşkarlanması üçün kütləvi müayinə keçirilib - Ədliyyə Nazirliyi

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkumlar arasında vərəmin erkən aşkarlanması məqsədilə bu il 12 müəssisədə kütləvi rentgen müayinəsi və sorğu-anket tətbiqi həyata keçirilib. Bunu cümə günü Trend-ə müsahibəsində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev deyib.

"Vərəmli məhkumların müalicə olunduğu Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində cari ildə 450-ə yaxın məhkum birinci sıra vərəm əleyhinə dərmanlarla DOTS müalicə kursuna, 100-ə yaxın məhkum isə ikinci sıra vərəm əleyhinə dərmanlarla DOTS-plus müalicəyə cəlb olunub", - Mehdiyev bildirib.

Cəzacəkmə müəssisələrində 1995-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinın (BQXK) DOTS layihəsinin tətbiqinə başlanılıb.

2007-ci ildən isə DOTS-plus müalicə metoduna başlanılıb. Bu metodun mahiyyəti rezistent formalı vərəmin müalicəsində ikinci sıra vərəm əleyhinə preparatların tətbiqinə əsaslanır.

Mehdiyevin sözlərinə görə, müalicəyə cəlb olunan məhkumların sırasında təkrar müalicəyə cəlb olunanlar daha çoxdur.

"Son illərdə cəzaçəkmə müəssisələrində ilkin vərəm hallarının azalması və vərəmdən ölüm faizinin aşağı enməsi müşahidə olunur", - İdarə rəisi vurğulayıb.

İdarə rəsmisi bildirib ki, vərəmə yoluxma təkcə cəzaçəkmə müəssisəsinin özündə baş vermir.

"Belə ki, tutularaq istintaq təcridxanasına gətirilən şəxslər arasında fəal vərəm halları var. Bu da təbiidir. Çünki cinayətkarın həyat tərzi onun vərəmə yoluxma riskini artırır. Belələri arasında təkrar cinayət törədib cəzaçəkmə müəssisələrinə gələnlər az deyil", - Mehdiyev bildirib.

O, İxtisaslaşdırılmış müalicə müəssisəsində çalışan Penitensiar Xidmətin əməkdaşları arasında son illər vərəmə yoluxma hallarının qeydə alınmadığını bildirib.

İdarə rəisi bildirib ki, bu il Ədliyyə Nazirliyi ilə İsveçrənin Yeni İnnovasiya və Diaqnostika Fondu (FIND) arasında İxtisaslaşdırılmış müalicə müəssisəsinin bakterioloji laboratoriyasının daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədilə müqavilə imzalanıb.

FIND təşkilatı ilə birgə əməkdaşlıq nəticəsində "GeneXpert" adlanan laborator-diaqnostik avadanlığın İxtisaslaşdırılmış müalicə müəssisəsində sınaq tətbiqinə dair nəticələr İngiltərənin "Təbabət üzrə Yeni İngiltərə" jurnalında 2010-cu ilin sentyabr sayında dərc olunub.

Mehdiyev bildirib ki, İxtisaslaşdırılmış müalicə müəssisəsində istifadə olunan "GeneXpert" adlanan avadanlığın geniş istifadəsi barədə bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təklif verilməsi gözlənilir.

"Bu avadanlıq sayəsində 1,5-2 saat müddətində vərəm çöplərinin aşkarlanması və bir əsas vərəm əleyhinə preparata qarşı həssaslığın müəyyən edilməsi mümkündür. Bu da rezistent formalı vərəmin erkən aşkarlanmasına kömək edir.

Xəbər lenti

Xəbər lenti