...

YUNİSEF Azərbaycanda əlil uşaqların təhsil problemlərinin həllinə çalışır - Mark Herevard

Cəmiyyət Materials 25 Noyabr 2010 12:21 (UTC +04:00)
"Azərbaycanda əlil uşaqların təhsil problemlərinin həlli üçün Heydər Əliyev Fondu ilə birgə layihələr həyata keçiririk", - cümə axşamı jurnalistlərə YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib.
YUNİSEF Azərbaycanda əlil uşaqların təhsil problemlərinin həllinə çalışır - Mark Herevard

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir T.Hacıyev/

"Azərbaycanda əlil uşaqların təhsil problemlərinin həlli üçün Heydər Əliyev Fondu ilə birgə layihələr həyata keçiririk", - cümə axşamı jurnalistlərə YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib.

"Azərbaycanda qeydə alınan 56 min əlil uşaqdan yalnız 14 mini təhsil alır. YUNİSEF əlil uşaqların hamısının təhsil almasını təmin etmək üçün imkanlarından istifadə edir", - Herevard deyib.

Onun sözlərinə görə, əlil uşaqların təhsil probleminin həlli üçün YUNİSEF Təhsil Nazirliyi ilə də birgə fəaliyyət göstərir.

"Biz çalışırıq ki, Azərbaycanda müəllimləri əlilliyi olan uşaqlarla işləməyə hazırlayaq", - Herevard əlavə edib.

Xəbər lenti

Xəbər lenti