...

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçiriləcək

Cəmiyyət Materials 8 Dekabr 2010 13:30 (UTC +04:00)
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçiriləcək.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçiriləcək

Azərbaycan, Bakı, 8 dekabr /Trend, muxbir M.Əliyev/

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçiriləcək. Bu barədə çərşənbə günü Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Milli Qəhrəmanlarımızı Tanıyaq və Tanıdaq" layihəsi çərçivəsində dekabrın 9-dan ali təhsil müəssisələrinin tələbələri arasında Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol tuirniri keçiriləcək.

Turnirdə 24 ali təhsil müəssisəsindən müxtəlif komandaların iştirakı nəzərdə tutulub.

Gizir Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Xəbər lenti

Xəbər lenti