...

Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi qiymətləndirmə prosesində ən yaxşı nəticə əldə edib

Cəmiyyət Materials 10 Yanvar 2011 10:36 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə Respublika müsabiqəsi keçirib.
Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi qiymətləndirmə prosesində ən yaxşı nəticə əldə edib

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə Respublika müsabiqəsi keçirib.

Trend-in məlumatına görə, dövlət idarəetmə orqanları arasında keçirilən qiymətləndirmə prosesi zamanı Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ucar rayon şöbəsi ən yaxşı nəticə əldə edib. Bununla bağlı Fondun yerli şöbəsi Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən xüsusi diplomla təltif olunub.

Müsabiqənin başlıca məqsədi insanların əmək şəraiti ilə maraqlanmaq, onlara normal iş şəraiti yaratmaq və sosial vəziyyətlərini yaxşılaşdırmaqdır. DSMF-nin Ucar rayon şöbəsində işçilər üçün müasir təhlükəsiz iş şəraiti yaradılıb. Şöbə yeni inzibati bina ilə təmin olunub. Yeni binada bütün iş yerləri müasir komputerlərlə, avadanlıqlarla və eləcə də mebellə təchiz edilib, bu da rayon ərazisində yaşayan pensiyaçılara, həmçinin sahibkarlara yüksək səviyyədə xidmət göstərməyə imkan verir. Burada xüsusilə əmək pensiyaçılarına, ahıl vətəndaşlara xidmət imkanları genişləndirilib, müasir avadanlıqlar quraşdırılıb.

Son illərdə həyata keşirilən kompleks tədbirlər nəticəsində DSMF-nin 70-dən yuxarı şöbəsində müasir kompüter infrastrukturu yaradılıb, Fondun bütün şöbələrində maddi-texniki baza və kadr potensialı gücləndirilib, bütün işçilər müasir kompüter sistemləri ilə təchiz ediliblər. DSMF-nin bütün şöbələri müxtəlif növ proqram təminatı ilə təmin ediliblər və hazırda əksər işlər kompüter sistemləri vasitəsi ilə aparılır. Görülən işlərin nəticəsində DSMF-nin serverlərində unikal elektron məlumat bazaları yaradılıb ki, bu da Fondun işini keyfiyyətcə daha yüksək səviyyəyə qaldırır.

Xəbər lenti

Xəbər lenti