...

"İnter" "Neftçi"ni debütünə peşman etdi (YENİLƏNİB)

Cəmiyyət Materials 15 Yanvar 2011 14:12 (UTC +04:00)
Azərbaycanın "İnter" komandası "Birlik Kuboku" çərçivəsində keçirdiyi ilk matçında Qırğızıstan təmsilçisi "Neftçi"ni böyük hesabla məğlub edib. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Karlsons (19-cu dəqiqə), Çertoqanov (45) və Yeqorov (78) vurub.
"İnter" "Neftçi"ni debütünə peşman etdi (YENİLƏNİB)

Azərbaycanın "İnter" komandası "Birlik Kuboku" çərçivəsində keçirdiyi ilk matçında Qırğızıstan təmsilçisi "Neftçi"ni böyük hesabla məğlub edib. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Karlsons (19-cu dəqiqə), Çertoqanov (45) və Yeqorov (78) vurub.

Bakı vaxtı ilə saat 12:00-da başlayan matç Sankt-Peterburqun "Peterburqskiy" İdman-Konsert Kompleksində keçirilib. Oyunun baş hakimi rusiyalı Vladimir Mişkov olub.

"İnter" ikinci oyununu sabah "İstiklol"a qarşı keçirəcək.

A qrupunda yer alan "İnter"in rəqibləri "İskra-Stal" (Moldova), İstiqklol (Tacikistan) və "Neftçi" (Qırğızıstan) komandalarıdır.

Bundan əvvəl Azərbaycanın iki klubu - "Neftçı" (2006) və "Xəzər Lənkəran" (2008) "Birlik Kuboku"nun qalibi olub.  

Xəbər lenti

Xəbər lenti