...

Bakı polisi şəhər sakinlərinin mənzillərindən oğurluq edən şəxsi yaxalayıb

Cəmiyyət Materials 25 Yanvar 2011 13:01 (UTC +04:00)
Bakı polisi şəhər sakinlərinin mənzillərindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxsi yaxalayıb.
Bakı polisi şəhər sakinlərinin mənzillərindən oğurluq edən şəxsi yaxalayıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi şəhər sakinlərinin mənzillərindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxsi yaxalayıb.

Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyinin internet saytının çərşənbə axşamı yaydığı məlumatda bildirilir ki, Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Seymur Mirzəyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, Yasin Hacıyevə məxsus evdən 1000 manat pul və qızıl əşyaları, Vüsal Səmidova məxsus evdən qızıl əşyaları, Hüseyn Sadıqova məxsus mənzildən 2200 manat və 280 dollar pul, Taleh Məmmədova məxsus evdən qızıl əşyaları, İltifat Soltanova məxsus evdən qızıl əşyaları, Sahib Kərimova məxsus mənzildən 2700 manat və 300 dollar pul, Mübariz Şıxıyevə məxsus mənzildən qızıl əşyaları, Faiq Heydərova məxsus evdən 500 manat pul və qızıl əşyaları, eləcə də, 2010-cu ilin aprel və noyabr ayları ərzində Buzovna qəsəbə sakinləri Şahin Əhmədova məxsus evdən 1500 rubl, 150 manat pul və 1400 manat dəyərində qızıl əşyaları, Mirxəlil Cəfərova məxsus evdən 2000 manat dəyərində qızıl əşyaları, Albalılıq qəsəbə sakini Füzuli Bağırova məxsus evdən isə 200 manat pul və 300 manat dəyərində qızıl əşyalarını oğurlaması da müəyyən edilib.

Onun barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti