...

Azərbaycan abituriyentlərinin 40 faizə yaxını təhsillərini davam etdirmir

Cəmiyyət Materials 25 Yanvar 2011 14:11 (UTC +04:00)
Azərbaycanın orta məktəblərinin bitirənlərin 40 faizə yaxını təhsillərini ali məktəblərdə davam etdirmirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Azərbaycan abituriyentlərinin 40 faizə yaxını təhsillərini davam etdirmir

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir Z.Əhmədova/

Azərbaycanın orta məktəblərinin bitirənlərin 40 faizə yaxını təhsillərini ali məktəblərdə davam etdirmirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

"Hər il ölkənin ali məktəblərinə qəbul olmaq üçün Azərbaycan məktəblərinin məzunlarının 60 faizi ərizə verir, qalanları isə ali təhsil almaq barədə düşünmür", - Abbaszadə deyib.

Bu göstərici son 5-10 il ərzində dəyişilməz olaraq qalır, o, əlavə edib.

TQDK sədrinin sözlərinə görə, bəzi illər ərizə verənlərin faiz göstəricisi 60-dan bir qədər çox, bəzi illər isə bir qədər aşağı ola bilər.

Komissiyadan verilən məlumata görə, 2010-cu ildə 27 687 abituriyent Azərbaycanın ali məktəblərinin tələbəsi olub. Onlardan 5 424 abituriyent 500-dən, 1 414 nəfər isə 600-dən yuxarı bal toplayıb.

Xəbər lenti

Xəbər lenti