...

İsrailin dörd səfirliyi maksimum təhlükəsizlik səviyyəsinə gətirilib

Cəmiyyət Materials 15 Fevral 2011 17:54 (UTC +04:00)
İsrailin dörd səfirliyi maksimum təhlükəsizlik səviyyəsinə gətirilib və yaxın vaxtlarda "onlar üçün mövcud təhlükə səbəbindən" müvəqqəti bağlana bilər.
İsrailin dörd səfirliyi maksimum təhlükəsizlik səviyyəsinə gətirilib

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir A.Axundov/

İsrailin dörd səfirliyi maksimum təhlükəsizlik səviyyəsinə gətirilib və yaxın vaxtlarda "onlar üçün mövcud təhlükə səbəbindən" müvəqqəti bağlana bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Jerusalem Post" qəzeti ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat verib.

Nazirlik bu səfirliklərin məhz hansı ölkələrdə olmasına aydınlıq gətirməyib.

Trend-ə İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotemin verdiyi məlumata görə, səfirlik normal rejimdə işləyir. Çərşənbə axşamı onlar bir gün əvvəl texniki səbəblərə görə dayandırdıqları işlərini bərpa ediblər.

Cümə günü İsrailin terrorla mübarizə üzrə dövlət bürosu yaxın həftələrdə israillilərə hücum ehtimalının böyük olduğu bir sıra ölkələrin, o cümlədən Azərbaycanın adını çəkib.

Siyahı cümə günü "Hizbullah" rəhbəri İmad Müğniyənin ölümünün üçüncü ildönümü ilə əlaqədar nəşr olunub.

Azərbaycandan başqa siyahıya Ermənistan, Gürcüstan, Türkiyə, Venesuela, Misir, Kot-d'İvuar, Mali və Mavritaniya daxil edilib.

Xəbər lenti

Xəbər lenti