...

Gənclər Təşkilatları Milli Şurasının 15 illiyi qeyd olunub

Cəmiyyət Materials 17 Fevral 2011 23:00 (UTC +04:00)
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının 15 illiyi münasibəti ilə Gülüstan sarayında yubiley mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə şuranın sədri Fuad Muradov açıb.
Gənclər Təşkilatları Milli Şurasının 15 illiyi qeyd olunub

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının 15 illiyi münasibəti ilə Gülüstan sarayında yubiley mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə şuranın sədri Fuad Muradov açıb.

Muradov qeyd edib ki, şuranın həyata keçirdiyi layihələr, proqramlar əsasən gənclərə və cəmiyyətdə onları narahat edən məsələlərin həllinə yönəlib.

Baş nazirin müavini Əli Həsənov çıxış edərkən yubiley münasibəti ilə gəncləri təbrik edib və qeyd edib ki, bu gün Azərbaycan gəncliyi dövlətin bütün sahələrində təmsil olunur.

Gənclər və İdman Naziri Azad Rəhimov, öz növbəsində bildirib ki, Azərbaycan gəncləri beynəlxalq aləmdə söz sahibidirlər. Nazir Şura sədri Fuad Muradovun fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

Təhsil naziri Misir Mərdanov və mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də gəncləri yubiley münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə Şuranın tarixi və fəaliyyətini əks etdirən filmin qısa versiyası da nümayiş olunub.

Sonda Şura üzvlərindən bir qismi və quruma üzv olan təşkilatlar, o cümlədən mətbuat orqanları 15 illik yubiley münasibətilə mükafata layiq görülüblər. Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) gənclər siyasətini fəal işıqlandırdığına görə, Fəxri Diplomla təltif edilib.

Xəbər lenti

Xəbər lenti