...

AFFA futbol millilərinin baş məşqçilərini təsdiq edib (FOTO)

Cəmiyyət Materials 4 Mart 2011 15:05 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin (İK) cümə günü keçirilən iclasındə müvafiq qərarlar qəbul edilib.
AFFA futbol millilərinin baş məşqçilərini təsdiq edib (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin (İK) cümə günü keçirilən iclasındə müvafiq qərarlar qəbul edilib.

Trend-in məlumatına görə, qərara əsasən, Nikolay Adamın U-15 və U-16, Təbriz Həsənovun U-17, Vəli Qasımovun isə U-19 Azərbaycan yığma komandasının baş məşqçisi vəzifəsinə təyinatı təsdiq olunub.

Futbol veteranları Cahangir Hüseynov, Bəşir Əliyev, Rafiq Məmmədov və Rafiq Bağırova AFFA-nın təqaüdü verilib.

Qərara əsasən, AFFA ilə Liverpul Universiteti arasında aparılmış danışıqlara uyğun olaraq, futbol idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı Bakıda Liverpul Universitetinin seminarları təşkil olunacaq. Premyer Liqada çıxış edən hər klubun ən azı bir nümayəndəsinin həmin seminarlarda təhsil alması tövsiyə olunub.

U-13 və U-14 liqalarında çıxış edən komandaların futbolçularının cəzalarının azaldılması ilə bağlı Əsasnamədə dəyişiklik edilib.

AFFA-nın U-11 Liqasının yaradılmasının mümkünlüyü ilə bağlı araşdırma aparılması AFFA-nın baş katibliyinə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti