...

Azərbaycan qadını dövlət sərhədlərinin mühafizəsində fəal iştirak edir - Dövlət Sərhəd Xidməti

Cəmiyyət Materials 8 Mart 2011 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir M.Əliyev/

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə sərhədçi qadınları təbrik edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı DSX-nin mətbuat xidmətindən bildiriblər.

Bayram münasibətilə təşkil olunan tədbirdə qeyd olunub ki, Azərbaycan qadını ölkənin ordu quruculuğunda, o cümlədən dövlət sərhədlərinin mühafizə işində fəal iştirak edir, bu gün Dövlət Sərhəd Xidmətində xidmət edən qadın zabit və gizirlərin, eləcə də mülki işçilərin sayı ötən illə müqayisədə çoxluq təşkil edir.

Bayram tədbirində nümunəvi xidmətlərinə görə sərhədçi qadınların bir qrupuna növbəti hərbi rütbələr, medallar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti