...

Azərbaycan yazıçısı Elçin Əfəndiyevin "Sosrealizm bizə nə verdi?" kitabının təqdimatı keçirildi

Cəmiyyət Materials 17 Mart 2011 17:08 (UTC +04:00)
Azərbaycanın tanınmış yazıçı və dramaturqu Elçin Əfəndiyevin cümə axşamı Bakı Slavyan Universitetində "Sosrealizm bizə nə verdi?" adlı kitabının təqdimatı keçirildi.
Azərbaycan yazıçısı Elçin Əfəndiyevin "Sosrealizm bizə nə verdi?" kitabının təqdimatı keçirildi

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın tanınmış yazıçı və dramaturqu Elçin Əfəndiyevin cümə axşamı Bakı Slavyan Universitetində "Sosrealizm bizə nə verdi?" adlı kitabının təqdimatı keçirildi.

Təqdimat mərasimində kitabın müəllifi bildirib ki, Azərbaycan mədəniyyətinin böyük bir dövrü sosrealizmin hakim ideoloji qüvvə olduğu dövrə təsadüf edir və bu mövzuda yazılan silsilə məqalələr kitab halında çap olunub.

"Kitabda sosialist realizmi dövrünün Azərbaycana nə verdiyi, bu dövrdə nələr qazandıq, eyni zamanda nələri itirdiklərimiz araşdırılıb. Sovet dövründə yazılanlar çox vaxt qara rəngdə göstərilir, əslində həmin dövrün ədəbiyyatı necə var, elə də qəbul olunmalıdır", - Əfəndiyev bildirib.

O qeyd edib ki, bu problem Azərbaycan ədəbiyyatında tədqiq edilən bir problemdir və bu səbəbdən çox geniş elmi dairələri maraqlandırır.

Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla təqdimat mərasimində qeyd edib ki, "Sosrealizm bizə nə verdi?" əsəri sovet dövrünün Azərbaycan ədəbiyyatına hansı töhfələr verdiyi və yaxud nədən məhrum etdiyi geniş təhlil olunub. Onun sözlərinə görə, BSU tələbələri kitabdan faydalana biləcəklər.

Kitabın təqdimat mərasimində sosrealizm problemlərinin müzakirəsi keçirilib.

Xəbər lenti

Xəbər lenti