...

1918-1920-ci illərdə ermənilərin törətdiyi soyqırımla əlaqədar sənədlər beynəlxalq qurumlara göndərilib

Cəmiyyət Materials 30 Mart 2011 12:24 (UTC +04:00)
Azərbaycan Demokratik Respublikası dövründə - 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarla bağlı Baş Prokurorluqda bir maddə üzrə cinayət işinin istintaqı aparılır.
1918-1920-ci illərdə ermənilərin törətdiyi soyqırımla əlaqədar sənədlər beynəlxalq qurumlara göndərilib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Demokratik Respublikası dövründə - 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarla bağlı Baş Prokurorluqda bir maddə üzrə cinayət işinin istintaqı aparılır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.

Usubov deyib ki, soyqırım faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2, 120.2.4, 120.2.7 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi açılıb.

Onun sözlərinə görə, erməni vəhşiliyini dünyaya çatdırmaq üçün 1918-1920-ci illərdə soyqırımla əlaqədar yaradılmış istintaq tədqiqat komissiyasının sənədləri arxivlərdən əldə edilib. Həmin materiallar ingilis, fransız və rus dillərinə tərcümə edilib və bütün beynəlxalq qurumlara göndərilib.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gün ərzində Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Xəbər lenti

Xəbər lenti