Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanda hərbi xidmətə çağırış üzrə normativ-hüquqi sənədlərin monitorinqi aparılır.
"Milli Məclis, Müdafiə Nazirliyi və Azərbaycan Prezidenti Administasiyasının ekspertləri sənədlər üzərində işləyirlər", - Trend-in məlumatına görə, şənbə günü jurnalistlərə birinci vitse-spiker, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, iri həcmdə işlər görüləcək, belə ki, hərbi qanunvericilik aktlarının bir hissəsi 1995-ci ildə ölkə Konstitusiyası qəbul edilməmişdən əvvəl hazırlanıb və Azərbaycan Silahlı Qüvvələrinin inkişafını nəzərə alaraq, hüquqi baza təkmilləşdirilməlidir.
"Bu dəyişikliklərlə biz Azərbaycan Silahlı Qüvvələrinin qanunvericilk bazasını gücləndirmək niyyətindədiyk", - Əsgərov bildirib.
Azərbaycanda "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanun 1992-ci ildə qəbul edilib.