...

Bu il məcburi köçkünlər Bakı Dövlət Universitetinin iki yataqxanasından köçürüləcəklər

Cəmiyyət Materials 10 May 2011 12:20 (UTC +04:00)
Bu il hazırda Bakı Dövlət Universitetinin Mətbuat prospektində yerləşən iki yataqxanasında yaşayan məcburi köçkünlər üçün Masazırda evlərin tikintisi planlaşdırılır.
Bu il məcburi köçkünlər Bakı Dövlət Universitetinin iki yataqxanasından köçürüləcəklər

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Bu il hazırda Bakı Dövlət Universitetinin Mətbuat prospektində yerləşən iki yataqxanasında yaşayan məcburi köçkünlər üçün Masazırda evlərin tikintisi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Həsənov bildirib ki, yaxın iki-üç ay ərzində Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün 500 ev istismara veriləcək.

Hazırda Goranboy rayonunda doqquz beşmərtəbəli binanın tikintisi gedir. Tikinti işləri bu il başa çatacaq. Həmin binalara hazırda Naftalan sanatoriyasında yaşayan məcburi köçkünlər yerləşdiriləcəklər. Beləliklə, Naftalan sanatoriyası tam boşaldılacaq. Həsənov bildirib ki, yaxın günlərdə Mingəçevirdə 10 doqquzmərtəbəli binanın tikintisinə başlanacaq.

Ermənilərin Azərbaycana təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Xəbər lenti

Xəbər lenti