...

Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya qəbulla bağlı elanı açıqlamağa hazırlaşır

Cəmiyyət Materials 10 May 2011 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturaya qəbulla bağlı elanı açıqlamağa hazırlaşır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA prezidenti Mahmud Kərimov deyib.

Onun sözlərinə görə, doktoranturaya sənəd qəbulu sentyabrda aparılacaq. Qəbul imtahanlarının isə oktyabrın əvvəllərində keçirilməsi gözlənilir.

Kərimov onu da bildirib ki, AMEA Milli Ensiklopediya Mərkəzi tərəfindən iki cildlik "A" hərfi üzrə ensiklopediya Almaniyada çap edilib.

"Artıq "B" hərfi üzrə işlər görülüb və ensiklopediyanın bu hərf üzrə cildi rəy verilməsi üçün redaksiya heyətinin üzvlərinə təqdim edilib. Rəylər alındıqdan sonra "B" hərfi üzrə də növbəti nəşrlər çap ediləcək. Artıq çap edilmiş "A" hərfi üzrə ensiklopediya bu yaxınlarda Almaniyadan gətiriləcək. Həmin nəşrlər yəqin ki, yaxın vaxtlarda satışa çıxarılacaq", - Kərimov bildirib.

Onun sözlərinə görə, AMEA Nizami Mərkəzinin yaradılması üçün təkliflər hazırlayıb. Mərkəzin Gəncədə yaradılması nəzərdə tutulub. Artıq AMEA rəhbərliyi məsələ ilə bağlı Gəncə şəhər icra başçısı ilə danışıqlar aparıb.

Xəbər lenti

Xəbər lenti